Xəbər lenti

Azərbaycanlı ailənin uşağını alıb Norveç ailəsinə verdilər - ŞOK SƏBƏB
Video 12:23 30.01.2018

Azərbaycanlı ailənin uşağını alıb Norveç ailəsinə verdilər - ŞOK SƏBƏB

Norveç Uşaq Evi azərbaycanlı ailənin uşağını əllərindən alıb.

Qaynarinfo xəbər verir ki, Norveçdə yaşayan Azərbaycan vətəndaşı Yusif Əsgərov bununla bağlı Metbuat.az-a müraciət edib. Azərbaycanlı ata bildirib ki, Norveç Uşaq Evi bir neçə gün öncə övladını əlindən alıb və uşağın norveçli bir ailəyə veriləcəyini bildirib. Buna səbəb kimi atanın uşaqla göz kontaktının olmaması və uşaqla davranışında qəfil hərəkətlər etdiyi iddia edilib. Yusif Əsgərov baş verənlərlə bağlı Azərbaycanın Norveçdəki Səfirliyinə müraciət etsə də, cəhdi uğursuz alınıb. Azərbaycanlı iddia edir ki, səfirlik problemlə bağlı ona kömək edə biməyəcəyini açıqlayıb.

Həyat yoldaşı həm Norveç, həm də Rusiya vətəndaşı olduğu üçün ailə Rusiya səfirliyinə də müraciət edib. Hətta Rusiya telekanalları ailənin başına gələn hadisəni işqlandırıblar.

İndi Azərbaycanlı ata övladının ona geri qaytarılması üçün dövlət qurumlarından kömək istəyir...


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->