Xəbər lenti

Azərbaycanlı aktrisa əməliyyatdan sonra insult keçirdi (FOTO)
Sənət 15:56 24.07.2020

Azərbaycanlı aktrisa əməliyyatdan sonra insult keçirdi (FOTO)

Aktrisa Samirə Cavanşir bir neçə gün əvvəl əməliyyat üçün plastik-cərrah Dilqəm Məhərrəmova müraciət edib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçinin əməliyyat zamanı halı pisləşib. Vəziyyəti ağırlaşan Samirə Cavanşir başqa bir xəstəxanaya yerləşdirilib.

Onun insult keçirdiyi bildirilib. Hazırda müalicəsi davam edən aktrisa danışa və yeriyə bilmir.

Qeyd edək ki, S.Cavanşir Şuşa Dövlət Musiqili Dram Teatrında çalışıb, bir çox yerli serialda rol alıb.




Plastik-cərrah Dilqəm Məhərrəmov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->