Dekabrın 7-də Rusiya Federasiyasının Çelyabinsk şəhərində "Rusiya və MDB ölkələrinin aktual hüquqi problemləri - 2018” mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib.
Qaynarinfo xəbər verir ki, konfrans Cənubi Ural Dövlət Universitetinin 75 və Rusiya konstitusiyasının 23 illiyinə həsr olunub. Konfransda Rusiya və MDB ölkələrinin hüquq sistemində baş verən yeniliklər, mövcud hüquq problemləri və onların həlli yolları müzakirə edilib. Tədbiirdə Rusiyanın dövlət, qanunvercilik və məhkəmə orqanlarının nümayəndələri, həmçinin MDB ölkələrinin təmsilçiləri iştirak edib.
Beynəlxalq konfransda Azərbaycanı Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsi, Hüquqşünaslıq kafedrasının doktorantı Aqil Nuriyev təmsil edib.
Şərhlər