Azərbaycanlı alim Rusiya Elmlər Akademiyasına üzv seçildi

Azərbaycanlı alim Rusiya Elmlər Akademiyasına üzv seçildi

Noyabrın 15-də Rusiya Elmlər Akademiyasına üzvlərin seçilməsi prosesinin sonuncu mərhələsi başa çatıb.

Qaynarinfo azedu.az-a istinadən xəbər veri ki, kifayət qədər uzun və gərgin keçən bu seçimlərin qaliblərindən biri də azərbaycanlı alim, texnika-riyaziyyat elmləri doktoru, professor Zahid Qocayev olub.

O, eyni zamanda Ümumrusiya Elmi‑Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu direktorunun innovasiya və tətbiq fəaliyyəti üzrə müavinidir.

Qeyd edək ki, Zahid Qocayev  1951-ci il Bərdə rayonunda anadan olub. N.E.Bauman adına Moskva Dövlət Texniki Məktəbinin aspiranturasını bitirdikdən və 1979-cu ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Elmi Avto-Traktor İnstitutunda (EATİ) işləyib. 1982-ci ildən mobil maşınların yüklənməsi və möhkəmliyi nəzəriyyəsi, hesablama metodları və proqram təminatının yaradılması və mobil maşınların möhkəmliliyi sahəsində kompyuter hesablamalarının hazırlanmasında çoxmeyarlı optimallaşdırmanın tətbiqi və eksperimental məlumatların emalı üzərində işləyib.

Z.Qocayev avtotraktor texnikasının hesablama-eksperimental tədqiqatları sahəsində aparıcı mütəxəssislərdən biridir. Bu sahədə Elmi-Tədqiqat İnstitutunun işgüzar, məqsədyönlü rəhbəri, təcrübəli müəllim və bütöv elmi istiqamətin yaradıcısı kimi tanınır.
XƏBƏRLƏR
BLOGLAR