Foto 21:03 28.01.2022

Azərbaycanlı alim Yaponiyanın Gündoğar Ordeni ilə təltif olundu (FOTO)

Bu gün Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirinin İqamətgahında 2021-ci il payız mövsümü ordeninin təqdim olunma mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və Ədəbiyyatı Kafedrasının müdiri Oqtay Cəlilbəyliyə təqdim olunub.

O, Azərbaycanda yapon dili və yapon mədəniyyətinin davamlı təbliğatına və Yaponiya ilə Azərbaycan arasında dostluq əlaqələrinə töhfə verən əhəmiyyətli işlərinə görə, bu mükafata layiq görülüb.

Qeyd edək ki, Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni Yaponiya ilə dostluq əlaqələrinin inkişaf etməsində əvəzolunmaz rol oynamış xarici vətəndaşlara təqdim olunan mükafatdır.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?