Paytaxt məkanlarının birində “Muğam-2011” müsabiqəsinin qalibi Səbinə Ərəbli “Dünya” telekanalının aparıcısı İbrahim Azəri ilə nikah masasına oturub.
Qaynar.info lent.az-a istinadən xəbər verir ki, mediaya qapalı olan toya sənət dünyasının say-seçmə adamları dəvət edilib. Gecədə ən yadda qalan məqamlardan biri də səbəkarların rəqsi olub. Toya dəvət olunan ifaçılar isə cütlüyə müsiqi hədiyyələrini təqdim ediblər.
Özəl gündən söz açan aparıcı İ.Azəri təəssüratlarını bölüşüb:
“Bu gün 6 il sevdiyim xanımla ömürlük ailə həyatı qururam. Allah bütün subaylara belə gün qismət eləsin”.
Xatırladaq ki, martın 2-si cütlüyün qız toyu keçirilmişdi.
Qaynar.info
Şərhlər