Sabah Azərbaycanda radio sahəsində ilkə imza atılacaq.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, Xəzər Hit FM-də yayımlanan "6-dan sonra” verilişinin aparıcıları 24 saatlıq yayım edəcək.
Belə ki, 103 FM-də 20 sentyabr səhər 8:00-də başlayan yayım non-stop 21 sentyabr 8:00-də yekunlaşacaq.
Yayımın aparıcıları isə Cavid Osmanov, Əhəd Miriyev və Azərin Məmmədli olacaq.
Proqrama məşhurlar da qonaq qismində qatılacaq.
Şərhlər