Xəbər lenti

İdman 13:47 16.07.2022

Azərbaycanlı FİFA referisi Konfrans Liqasına təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev Konfrans Liqasına təyinat alıb.

Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Avstriyada baş tutacaq "Rapid" (Avstriya) - "Lexiya" (Polşa) arasında Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda baş hakim olacaq.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

İyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->