Almaniyanın III Bundesliqasında VIII turun oyunları keçirilib.
Qaynarinfo xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen” "Hanza" ilə qarşılaşıb.
Oyun Rüfətin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı futbolçu het-trikə imza atıb. O, matçın 2, 6 və 65-ci dəqiqələrində fərqlənib.
Bununla da Rüfət keçirdiyi 9-cu oyunda vurduu qolların sayını 5-ə çatdırıb. O, III Bundesliqada bombardirlər yarışına başçılıq edir.
Qeyd edək ki, "Proyssen" 8 turdan sonra 15 xalla 2-4-cü pillələri bölüşdürür.
Şərhlər