İdman 12:36 23.08.2019

Azərbaycanlı futbolçu Küveyt klubunda (FOTO)

"Qəbələ"nin yarımmüdafiəçisi Kamal Mirzəyev Küveyt çempionatına transfer olunub.

Qaynarinfo xəbər verir ki, 24 yaşlı futbolçu bu ölkənin yüksək liqasında çıxış edən "Əl-Salmiyə" klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub saytı müqavilənin detallarını açıqlamayıb. Mirzəyev yeni klubunda 18 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanın U-21 millisində çıxış etmiş futbolçu "Qəbələ"nin yetirməsidi. Kamal "AZAL", "Sumqayıt" və "Zirə" klublarının da formasını geyinib.