Azərbaycanlı futbolçu Portuqaliyada daha bir qol vurdu (VİDEO)
Portuqaliya çempionatının 7-ci turu çərçivəsində milli komandamızın forvardı Renat Dadaşovun forma geyindiyi "Tondela" öz meydanında "Famalikan" klubunu qəbul edib.
Qaynarinfo xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə "Tondela"nın xeyirinı başa çatıb. Oyuna start heyətindı başlayan Dadaşov 84-cü dəqiqədə komandasının qələbə qolunu vurub. Bununla da Rüfət ardıcıl iki oyunda fərqlənib.
Qeyd edək ki, 13-cü xalını qazanan "Tondela" turnir cədvəlində 13-cü pilləyə yüksəlib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər