Hakim Əliyar Ağayev Avropaya təyinat alıb.
Qaynar.info AFFA-nın rəsmi saytına stinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında bu mövsümdən etibarən təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda noyabrın 27-də keçiriləcək ÇSKA (Rusiya) - "Bayern" (Münxen, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Mehman Mahmudov kömək edəcəklər.
Qaynar.info
Şərhlər