Xəbər lenti

Milli Məclisdə İranda helikopter qəzasında həlak olanlar bir dəqiqəlik sükutla anıldı
Ölkə 13:34 21.05.2024

Milli Məclisdə İranda helikopter qəzasında həlak olanlar bir dəqiqəlik sükutla anıldı

Milli Məclisdə helikopter qəzasında həlak olan İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Qaynarinfo  xəbər verir ki, spiker Sahibə Qafarova ağır itki ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına səbir və dözüm diləyib, öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib.

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->