Xəbər lenti

İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı (YENİLƏNİB)
Ölkə21:25 22.09.2026

İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran aviaşirkətləri tərəfindən Azərbaycana həyata keçirilən uçuşlar müvəqqəti dayandırılıb.

Bu barədə Qaynarinfo-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, ABŞ tərəfindən İranın aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən dayandırılıb.

"Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur", - məlumatda vurğulanıb.

19.17

Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasına məxsus aviaşirkətlərin reysləri dayandırılır.

Bu barədə Qaynarinfo-ya Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

"ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul edilib", - məlumatda bildirilib.