Xəbər lenti

Əgər müxalifətə inansaq, Ermənistanın heç bir dövlət sərhədi yoxdur - Alen Simonyan
Dünya 16:46 21.05.2024

Əgər müxalifətə inansaq, Ermənistanın heç bir dövlət sərhədi yoxdur - Alen Simonyan

"Əgər müxalifətə inansaq, Ermənistanın ümumiyyətlə dövlət sərhədi yoxdur".

Qaynarinfo xəbər verir ki, bunu  Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentin mayın 21-də keçirilən iclasında "Ermənistan” müxalifət blokunun fraksiya katibi Artsvik Minasyanın tənqidinə cavab verərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan öz müstəqilliyini konkret sərhədlər çərçivəsində əldə edib. 

"İndi siz bəyan edirsiniz ki, Ermənistan Respublikasının heç bir sərhədi yoxdur. Özü də parlamentin tribunasından. İndi rəqibimiz gəlib ofisinizin yaxınlığında postlar qurub sözünüzü xatırlatsa, onda nə edəcəksiniz? Sözlərinizə diqqət edin. Ermənistan Respublikasının qanuni əsası olan aydın və çox konkret sərhədi var”, deyə Simonyan qeyd edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->