Xəbər lenti

Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu (VİDEO)
Video 16:03 21.05.2024

Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu (VİDEO)

Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov açıqlamaları ilə müzakirələrə səbəb olub.

Qaynarinfo xəbər verir ki, İTV-də yayımlanan "Persona” verilişində qonaq olan qrossmeyster qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu bildirib.

O, "bacılarınızla rəqabətə çox gedirdiniz?” sualına belə cavab verib: "Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”.

Onun bu sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, sərt tənqid edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->