Xəbər lenti

Azərbaycanlı iş adamını ölümlə hədələdilər
Dünya 10:45 18.09.2013

Azərbaycanlı iş adamını ölümlə hədələdilər

Türkiyəli müğənni Ebru Gündəşlə ailə həyatı quran azərbaycanlı iş adamı Reza Zərrabı ölümlə hədələyiblər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Reza  telefonla ona zəng vurub, “başına gülləni sıxacam” deyərək,  polisə şikayət edib.
İş adamı avqust ayında bir nəfərin Ebrunun telefonuna zəng edib, Həyat yoldaşının yanında olan Reza telefona cavab verərəkən, oğlanın onu təhqir etdiyini, söyüşlər söydüyünü bildirib.

Rezanın “Kimsən? Hardasan?” sualına naməlum şəxs “Mən Ağrılı Əhməd, hər kəs məni tanıyır. Harda olduğumu hamı bilir” deyə cavab verib.

Həmin hadisədən sonra Zərrab evinin və iş yerinin ətrafına cangüdənlər yığıb.

Araşdırmalar nəticəsində telefonun Qaziantəpdə Əhməd.A adlı bir əsgərə aid olduğu ortaya çıxıb. Əsgər nömrəni internetdən bir nəfərin verdiyini, Ebru Gündeş adlı qıza aid olduğunu bildirdiyini deyib:

“Nömrənin internetdə oturan adi bir qıza aid olduğunu düşündüm”.

Məhkəmə əskəri 4 ilə qədər həbs cəzası gözlədiyini bildirib.  

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->