2 mindən manatdan başlayan qiymətlər
Sentyabr ayının 22-dən Bakıda iPhone 6 və iphone 6 Plus satışı start götürüb, onların ilikn satış qiyməti 2 min AZN idi, amma bir gün sonra 640 dollara düşdü.
Qaynar.info 1news.az-a istinadla xəbər verir ki, yerli məşhurlar arasında da iPhone brendinin pərəstişkarları az deyil, onlar da satışlar Bakıda start götürən kimi, yeni modeli əldə etməyə tələsdilər.
Populyar müğənni Günay ibrahimli mobil qurğunu hədiyyə olaraq alıb, o telefonun şəklinin “Hədiyyə üçün təşəkkürlər!” yazaraq abunəçisinin sayı 97.000-ə çatan İnstagram səhifəsində bölüşüb.
iPhone brendindən telefonlar alanlar arasında həmçinin Aygün Kazımova, Abbas BAğırov, Nuri Suri, Röya Ayxan və digər müğənnilər də var.
Qaynar.info
Şərhlər