“Spartak” futbol klubunun maliyyələşdirilməsi ilə bağlı xərcləri “LUKOYL” deyil, fərdi şəxslər ödəyir.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə neft şirkətinin rəhbəri Vagit Ələkbərov Permsk texnoloji universitetinin tələbələri ilə görüşdə bildirib.
“LUKOYL” şirkətinin kluba qoyduğu sərmayənin həcmi ildə 6 milyon dollardır. Biz bunu edirik, çünki bu gün üçün bu, mümkün reklamların ən yaxşısıdır. Qalan bütün xərclər ildə 60 milyon dollardan ibarətdir, onu fərdi şəxslər ödəyir: mən və Fedun (“LUKOYL” şirkətinin vitse-prezidenti Leonid Fedun)”, - tələbələrin suallarına cavab verən Ələkbərov deyib.
O, yaxın illərdə “Spartak”ın çempion olacağına ümid etdiyini deyib. Ələkbərov həmçinin qeyd edib ki, azarkeş deyil, amma Fedun əksinə, “bununla yaşayır”.
Qaynar.info
Şərhlər