Dünya milyarderləri ABŞ-Çin ticarət müharibəsinə görə 23 avqustda 14 milyard dollar itirib.
Qaynarinfo xəbər verir ki, ən böyük itki ilə "Amazon" rəhbəri Ceff Bezos üzləşib. Onun sərvəti bir gün ərzində 3,25 milyard dollar azalıb.
"Facebook"un qurucusu Mark Zükerberq, "Microsoft" rəhbəri Bill Qeyts, "Google"un yaradıcıları Larri Peyc və Sergey Brin, "Oracle"ın qurucularından Larri Ellison, "Berkshire Hathaway" investisiya şirkətinin sahibi Vorren Baffet 1,3-1,8 milyard dollar aralığında pul itirib.
Rusiyanın 24 milyarderinin gün ərzində itkisi isə 2 milyarda bərabər olub. Azərbaycan əsilli rusiyalı biznesmen, "Lukoil"un sahibi Vahid Ələkbərov 23 avqustda 384 milyon dollar geri düşüb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 24 avqustda Çin məhsullarına tətbiq olunan gömrük rüsumunun qaldırılması barədə qərar qəbul edib.
Gülşən
Şərhlər