Xəbər lenti

Azərbaycanlı milyarderə böyük zərbə
Ekonomiks 10:28 21.01.2015

Azərbaycanlı milyarderə böyük zərbə

Beynəlxalq reytinq agentliyi "Mudi" ("Moody") Rusiya şirkətlərinin kredit reytinqlərini aşağı salıb. Axar.az xəbər verir ki, bu şirkətlər arasında azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus "Lukoyl" da var. 

Kredit reytinqi aşağı salınan şirkətlər bunlardır: "Qazprom", Rosneft", "Rusiya Dəmir Yolları", "Lukoyl", "Nornikelya", "Transneft". Bu barədə agentlik rəsmi saytında məlumat yerləşdirib.

Agentlik sonuncu dəfə ötən ilin 16 dekabrında Rusiya şirkətlərinin reytinqini aşağı salmışdı. Bununla agentlik növbəti dəfə rus şirkətlərinin kredit reytinqinə ciddi təsir göstərib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->