Azərbaycanlı müğənninin anası 33 ildir xərçəngdən əziyyət çəkir (VİDEO)
Müğənni "Faytonçu" Nazim Pişiyari anası ilə bağlı etiraf edib.
Qaynarinfo xəbər verir ki, sənətçi "Səhər-səhər" verilişində anasının 33 ildir xərçəngdən əziyyət çəkdiyini söyləyib:
"Anamın süd vəzisinin birini kəsiblər. Uzun illər əvvəl xərçəng idi. Hələ də salamatdır, yaşayır. Daha sonra zob problemi yarandı. Getdik Almaniyaya, müayinə olundu. Həkim orada şok oldu ki, sizin süd vəzini kim kəsib? Onda dedik ki, 1986-ci ildə baş verən hadisədir, tibb hələ inkişaf etməmişdi"
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər