Azərbaycanlı pianoçu Tofiq Şıxıyev Türkiyənin Çorum bölgəsində konsert proqramı ilə çıxış edib.
Qaynarinfo xəbər verir ki, tədbir Mustafa Kamal Atatürkün işğalçılara qarşı milli mücadiləni başlatmaq üçün Samsuna səfərinin 100 illiyi münasibətilə təşkil olunub.
Şıxıyev 300 illik tarixi dəyirmanın önündə baş tutan konsertə traktor qoşqusunun üstündə gəlib və pianoda konsert verib. Pianoçunun konserti maraqla qarşılanıb.
Qeyd edək ki, Tofiq Şıxıyev Nazim Əliverdibəyov adına ifaçıların V Musiqi Müsabiqəsində II yerə, Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq İfaçılıq Müsabiqəsində "Qran-Pri” mükafatına, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunmuş "Rodniki duşi” musiqi müsabiqəsində I yerə layiq görülüb. (Axşam.az)
Şərhlər