Xəbər lenti

Azərbaycanlı qadın Türkiyədə qətlə yetirildi
Dünya 16:55 14.06.2018

Azərbaycanlı qadın Türkiyədə qətlə yetirildi

Türkiyənin İğdır ərazisində yaşayan Taner Parlar adlı şəxs azərbaycanlı həyat yoldaşı Hicran Hüseynovanı qətlə yetirib.

Qaynarinfo xəbər verir ki, cütlüyün arasında yaşanan mübahisədən sonra Parlar Hüseynovanın başına atəş açıb. Daha sonra o, qardaşına zəng edib və əməlini etiraf edib. 35 yaşlı Taner Parlar cinayətdən sonra özünü də öldürüb.

Hər iki meyit tibbi ekspertiza üçün morqa aparılıb.

Faktla bağlı istintaq prosesinə start verilib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->