Foto 16:33 04.12.2021

Azərbaycanlı qız Rusiyanı təmsil edəcək (FOTOLAR)

Əslən azərbaycanlı olan model Ralina Ərəbova İsraildə keçiriləcək "Kainat gözəli - 2021” müsabiqəsində Rusiyanı təmsil edəcək.

Qaynarinfo xəbər verir ki, Ralina 2019-cu ildə Tatarıstanın ən gözəl qızı kimi tanınıb. O, həmçinin, "Vitse-Miss Rusiya - 2019” titulunun sahibi olub. 

Model həm də ümumrusiya müsabiqəsində iştirak edib və ikinci vitse-miss titulunu alıb. Bu müsabiqə  sonuncu dəfə pandemiyadan əvvəl keçirilib, 2020 və 2021-ci illərdə olmayıb.

Bildirilib ki, dekabrın 12-də Eylatda keçiriləcək finala qədər Ərəbova çoxsaylı tədbirlərdə və foto çəkilişlərdə iştirak etməli olacaq. O, xüsusilə Kazan kraliçalarının geyimləri əsasında hazırlanmış stilizə edilmiş tatar milli geyimini təqdim edəcək.

Qeyd edək ki, Ralina 2000-ci il iyulun 4-də Kazanda anadan olub, musiqi məktəbində fleyta ifaçılığı üzrə təhsil alıb və peşəkar şəkildə üzgüçülüklə məşğul olub. Hazırda Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Hüquq fakültəsində təhsil alır.