Xəbər lenti

Azərbaycanlı qızların ən çox sevdiyi bahalı avtomobillər:
Texnologiya 11:12 01.06.2018

Azərbaycanlı qızların ən çox sevdiyi bahalı avtomobillər: "Gelandewagen", "Porsche"...

Avtomobil müasir həyatın ayrılmaz bir hissəsinə çevrilib.

Bu gün heç kəs həyatını avtomobilsiz, nəqliyyat vasitəsi olmadan təsəvvür edə bilmir. Dünya avtomobil nəhəngləri isə hər il bazara yeni və dəbdəbəli modellər çıxarırlar. Azərbaycanda yerli əhali arasında əsasən yolsuzluq avtomobilləri dəbdədir. Bəs görəsən zərif cinsin nümayəndələri daha çox hansı modellərə üstünlük verirlər?

Qaynarinfo ölkə.az-a istinadən azərbaycanlı qadınların ən çox xoşladığı yolsuzluq avtomobillərinin siyahısını təqdim edir:

1. Mercedes-Benz G-Class (Gelandewagen)



Bu avtomobili Bakıda sevməyən demək olar ki, yoxdur. Həm qadınlar, həm də kişilər bu avtomobili çox xoşlayırlar. Xalq arasında "Qalik” kimi tanınan alman istehsalı bu avtomobil İran şahının sifarişi ilə istehsal edilsə də, 1979-cu ildə şah devrildiyi üçün sifariş Almaniyada qalır. Avtomobil bazara çıxarılır və məşhurlaşır. Bu günə qədər də populyar yolsuzluq avtomobili sayılır. Ara-sıra şəhərdə "Qalik”in sükanı arxasında qızları görmək mümkündür. Qiyməti baha olduğu üçün hər büdcəyə uyğun deyil.

2. Porsche Cayenne



Yəqin ki, şəhərdə "Porsche Cayenne” sükanı arxasında əyləşən qızları və qadınları hər birimiz görmüşük. Çəhrayı rəngli "Porsche”ni isə görməyən demək olar ki, yoxdur. Bu model də alman istehsalıdır. 2002-ci ildən istehsal edilir.

3. Range Rover



İngilis istehsalı "Range Rover” Bakıda çox sevilən avtomobildir. Şəhərimizdə ən çox ağ və qara rəngləri dəbdədir. Ümumiyyətlə, Bakıda avtomobillər ən çox bu iki rəngdə-ağ və qara rəngdədir. Qadınlar isə "Range Rover”in son modelinə üstünlük verilər. Bu modelin də qiyməti baha olduğu üçün hər büdcəyə və cibə uyğun deyil.

4. Lexus



Yapon istehsalıçısı "Toyota”nın gözəl bir modeli. Ölçüsü böyükdür. Əsl yolsuzluq avtomobilidir. Amma bu ölçüsü və qabaritləri avtomobilə qadınlar arasında populyar və arzuedilən olmağa mane olmur. Ümumiyyətlə, bir çox araşdırmalar sübut edib ki, bəsit boylu insanlar daha böyük maşınlara üstünlük verirlər. Bu səbəbdən nəhəng "Lexus”un sükanı arxasında bəsit və ya ortaboylu xanım görmək heç də təəccüblü deyil.

5. BMW X6



Top beşliyi növbəti alman maşını bağlayır. Bavariya istehsalçısının "X6” modeli də şəhərimizdə və ölkəmizdə qadınlar arasında sevilən və arzuedilən modellərdən sayılır. Paytaxt küçələrində əsasən ağ rəngli "X6” modelinin sükanı arxasında qadınları görmək adi hala çevrilib. Bu maşın da qiymətinə görə hər büdcəyə və cibə uyğun deyil.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->