Tanınmış teleaparıcı, əməkdar artist Nərgiz Cəlilovanın qızı Nərmin çinli bəylə ailə qurub.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, o, bu barədə İradə İsakın "Birdən milyona" verilişində danışıb.
Cəlilova qızının Tibb Universitetində 4 il təhsil aldıqdan sonra təhsilini Fransada davam etdirdiyini, hazırda isə Amerikada yaşadığını açıqlayıb.
İradə İsak Cəlilovaya qızının çinli biri ilə ailə qurmasını niyə ictimaiyyətdən gizlətdiyini soruşub:
"Xeyr, gizlətmədim, sadəcə bəyan etmədim. Nərmin mediada, sosial şəbəkədə heç vaxt görünmək istəməyib. Ailə qurmasının da ictimailəşməsini istəmədi. Nərminin həyat yoldaşı uyğurdur, sadəcə Çində doğulan uyğurdur. Uyğur türküdür. Amma Amerika vətəndaşıdır".
Şərhlər