Foto 23:26 18.10.2019

Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu (FOTO)

Azərbaycanlı  Ukraynada Baş prokurorun müavini vəzifəsinə təyin olunub.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki,  Baş Prokuror Ruslan Ryaboşapka imzaladığı  sərəncamla Krım Muxtar Respublikasının prokuroru işləyən Gündüz Məmmədov Baş prokurorun müavini vəzifəsinə təyinat alıb. 
Qeyd edək ki, Gündüz Məmmədov  1974-cü ildə Gəncədə  anadan olub.  1996-cı ildə Odessada İ.İ Meçnikov adına Dövlət Universitetini bitirib. 

Daha sonra müxtəlif vəzifələrdə çalışan G.Məmmədov  2016-cı ilin avqustundan Krım Muxtar Respublikasının prokuroru vəzifəsində işləyirdi.