Dünya 09:41 23.10.2020

Azərbaycanlı vəkil Yefremovu "zavallı adam" adlandırdı

Mixail Yefremovun keçmiş vəkili Elman Paşayev vəkili olduğu müddətdə onun işini tənqid edən keçmiş müvəkkilinin ifadələrinə sərt reaksiya verib.

 

Qaynarinfoxəbər verir ki, sənətçi vəkilin proses müddətində ona kobud şəkildə təsir etdiyini və Yefremovun mərhum Sergey Zaxarovun yaxınlarını incitməmək istəklərini dinləmədiyini qeyd edib.


"O, zavallı adamdır. Axı mənim hər şeydən xəbərim var”, - Paşayev NSN-in efirində deyib.

 

Onun sözlərinə görə, vəkillər aktyora Paşayevi "dolaşdıracağı” təqdirdə şərti cəza alacağına söz veriblər. Vəkil hesab edir ki, "həmişə yaxşı şəraitdə yaşamış", indi isə həbsxanaya düşmüş aktyor "nəyin bahasına olur-olsun – istər kimisə dolaşdırmaq, istər bir ölünü ayaq altda qoymaq” olsun, hər şeyə hazırdır.

 

Paşayev əminliklə bildirib ki, aktyor indi vəkilləri nə deyirsə, onu da təkrarlayır.

 

Alpər