Azərbaycanlı velosipedçi 83-cü yeri tutdu

Azərbaycanlı velosipedçi 83-cü yeri tutdu

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb.

Qaynarinfo xəbər verir ki,fərdi şose yürüşündə (10 km) 30 ölkədən 90 idmançı medallar uğrunda mübarizə aparıb. Yığma komandamızın tərkibinə Nofəl Nuriyev, Nikita Sitov və Mustafa Muxtarlı daxil olublar.

Təmsilçilərimiz arasında Şitov Nikita 50-ci, Muxtarlı Mustafa 68-ci, Nofəl Nuriyev isə 83-cü olub.

Qeyd edək ki, yürüşün qalibi Estoniya idmançısı Madis Mixkels olub. İtaliyalı Dario İqor Belletta gümüş medal qazanıb, üçüncü yeri isə rusiyalı Konstantin Aladaşvili tutub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR