“Azərikimya”nın zavodunda yanğın: Yaralılar var (YENİLƏNİB)

“Azərikimya”nın zavodunda yanğın: Yaralılar var (YENİLƏNİB)

Yanğınla bağlı zədə məntəqəsinə 7 xəstə müraciət edib.

Bu barədə Qaynarinfo-ya Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin həkimi Vaqif Yusifov məlumat verib.

"Onlardan biri yüngül xəsarət aldığından ilkin yardım göstərilərək evə göndərilib. Digər 6 xəstə travma şöbəsinə yerləşdirilib, onlara ilkin yardım göstərilib, daha sonra Təcili Tibbi Yardım Stansiyasının briqadasının müşaiyəti ilə  Bakı Şəhər Yanıq Mərkəzinə göndərilib. Onların vəziyyəti orta ağırdır”, - həkim qeyd edib. 

13.02
 
Bu gün "Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun ərazisində yanğın hadisəsi baş verib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Report”a bildirib ki, hadisə istehsalat prosesi zamanı baş verməyib.

"Hazırda burada planlaşdırılmış illik texniki baxış işləri ilə əlaqədar istehsalat dayandırılıb. Zavodun modernizasiya və yenidənqurma işlərinin isə son mərhələsi həyata keçirilir. Modernizasiya və yenidənqurma işlərini həyata keçirən podratçı şirkətlərin işləri zamanı qısa alışma baş verib və tez bir zamanda söndürülüb”,- o qeyd edib.

Onun sözlərinə görə, hadisə zamanı bir neçə əməkdaş xəsarət olub: "Onların vəziyyəti orta ağırdır və xəstəxanaya aparılıb”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR