"Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin mühəndisləri həftənin birinci günündən etibarən bir neçə rayona ezam olunacaqlar.
İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Prezident Administrasiyasının birgə təsdiq etdiyi illik qrafikə əsasən xüsusi formatda tərtib olunan qatar və avtobuslarda vətəndaşlara tələb olunan xidmətlərin "ASAN səyyar” xidməti vasitəsi ilə göstərilməsini təmin etmək məqsədi ilə "Azəriqaz” İB-nin mühəndisləri sentyabrın 2-də bölgələrdə fəaliyyətə başlayacaq.
Qurumun mühəndisləri Qazax, Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllı rayonlarında 30 təqvim günü müddətində xidmət göstərəcəklər.
Şərhlər