Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini davam etdirir.Birlikdən verilən məlumata görə, bunun nəticəsidir ki, İstehsalat Birliyi üzrə yanvar-iyul ayları ərzində təbii qazdan istifadə qaydalarının pozulmasına görə 16 703 istehlakçıya müvafiq «qüsur aktı» tərtib olunub və itirilmiş təbii qazın bərpası üzrə 33,867 mln. kubmetr həcmində dəymiş ziyan hesablanıb. Dəymiş ziyanın məbləği 3,387 mln. manat təşkil edir.
Yanvar-iyul ayları ərzində 1 440 qeyri-əhali istehlakçısı abonent bazasında yeni qeydiyyata alınıb.
Bu dövrdə əhali və qeyri-əhali abonentlərinin qaz sayğaclarının texniki vəziyyəti haqqında verilmiş 7 064 ədəd rəyin icrası ilə bağlı tədbirlər görülüb, o cümlədən 1 896 abonentə itirilmiş təbii qazın bərpası ilə əlaqədar dəymiş ziyan hesablanıb, 3 604 sayğac yararsız olduğuna görə müvafiq qaydada əvəzlənməsi barədə qaz istismarı sahələrinə yazılı tapşırıqlar verilib.
Qaynar.info
Şərhlər