"Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası davam edir. Bu dəfə "Səyyar qəbul otağ”ı Astara rayonu, Səlivə kəndində təşkil olunacaq.
Qaynarinfo xəbər verir ki, yanvarın 31-də saat 13:00-dan 15:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.
Vətəndaşlar "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Şərhlər