Xəbər lenti

“Azərneftyağ” fəaliyyətini dayandıracaq”
Ekonomiks 13:21 05.11.2014

“Azərneftyağ” fəaliyyətini dayandıracaq”

"Azərneftyağ” Neft Emalı Zavodunun yaxın 2-3 ilə istismarının dayandırılması planlaşdırılır.

APA-nın məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

ARDNŞ prezidenti qeyd edib ki, istismarın dayandırılmasından sonra zavodun binası da söküləcək: “Zavodun fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Yəqin ki, 2017-ci ilə bitum və müəyyən yağ istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun istismarı dayandırılacaq”, - deyə o əlavə edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->