"2021-ci il dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərcləri ilə bağlı 2 milyard 31 milyon 700 min manat vəsait ayrılıb. Bu əvvəlki illə müqayisəsə 21,6 faiz çoxdur və bütövlükdə büdcə xərclərinin 7,7 faizi qədərdir”.
Qaynarinfo xəbər verir ki, bu sözləi iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanın xarici borcları ilə bağlı vəziyyəti şərh edərkən deyib.
İqtisadçının sözlərinə görə, bu məbləği əslində icraçılar - "Azərsu" , "Azərenerji", "AZAL", "Azərbaycan Dəmir Yolları", "Meliorasiya və Su Təsərrüfatı", "Azərbaycan Avtomobil Yolları" və başqaları qaytarmalı idi, amma onların əvəzindən büdcə - yəni biz, siz, vergi ödəyiciləri ödəyir:
"Bu məbləğ hesabına pensiyaları ən azı 50 faiz artırmaq olardı. Hazırda 1 milyon 160 min nəfər pensiyaçının təqaüdlərinin 11,4 faiz indeksləşdirilməsinə yönələn məbləğ 441 milyon manatdır ki, bu da dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərclərindən 5 dəfəyədək azdır”.
Qubad İbadoğlu Hesablama Palatasının məlumatlarına əsasən, bu ildən başlayaraq xarici borcların qaytarılması qrafikini təqdim edib:
Şərhlər