Xəbər lenti

Azı 11 adam öldürən
Dünya 15:43 25.09.2018

Azı 11 adam öldürən "Xoxol" ləqəbli peşəkar qatil evlənir

Bu günlərdə Voloqdadakı ömürlük cəzaçəkmə müsəsisəsində saxlanılan peşəkar qatil, "Xoxol” ləqəbli Oleq Mixaylovun Viktoriya adlı qadınla nikah mərasimi keçirilib.
 
Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, mərasimdə çəkilən fotoşəkillər sosial şəbəkəlrdə geniş yayılıb. Məlum olub ki, 11 qətlə "imza atan” "Xoxol”un Viktoriya ilə qiyabi tanışlığı sonradan onları nikah masasına qədər aparıb.

"Prestupnaya Rossiya” nəşrinin yazdığına görə, yeni evlənən cütlüyə xüsusi otaqda üç günlük görüş verilib, lakin hər ikisinə özbaşına otağı tərk etmək qadağan olunub. Həmçinin, hər üç saatdan bir nəzarətçilər onları yoxlayıb. Killer həyat yoldaşı ilə növbəti dəfə görüşmək üçün isə bir il gözləməli olacaq.

"Orexovo-Medvedkovskaya" cinayətkar birliyinin üzvü olan O.Mixaylov törətdiyi cinayətləri etiraf edib. O, daha yüngül cəza ilə canını qurtacağına ümid bəsləsə də, məhkəmə onu ömürlük həbsə məhkum edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->