Ölkə 11:41 05.09.2019

AzTV-də daha bir təyinat

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Qazaxıstan və Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri vəzifəsinə yeni təyinat olub.

Qaynarinfo konkret.az-a istinadən xəbər verir ki, daha əvvəl İctimai Televiziyanın Orta Asiya ölkələri üzrə bürosuna rəhbərlik etmiş Füzuli Məcidli AzTV-nin müxbir məntəqəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Fadil Paşayev öz ərizəsilə Qazaxıstan və Mərkəzi Asiya postundan çıxaraq AzTV-də "Xəbərlər"in baş redaktor müavini kimi, daha sonra sosial media və ictimaiyyətlə əlaqələr şöbəsində redaktor kimi çalışıb. Avqust ayından etibarən öz ərizəsilə AzTV-dən uzaqlaşıb.

Onun yerinə təyin olunan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, jurnalist Füzuli Məcidli 2013-cü ildən baş qərargahı Kanadanın Monreal şəhərində yerləşən Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (International Political Science Association) üzvüdür.

2016-cı ildən qərargahı Qazaxıstanın Nursultan şəhərində yerləşən Türk Akademiyası Beynəlxalq Təşkilatı (TWESCO) prezidentinin müşaviridir.