Azxeber.com 9 yaşını qeyd edir

Azxeber.com 9 yaşını qeyd edir

Bu gün Azxeber.com informasiya portalının 9 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy HeydərliƏfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur. Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır. 

Belə ki, portalın rəsmi "facebook” səhifəsini 581 min, instagram-da isə 463 mindən çox insan bəyənib.

Eyni zamanda portalın "Tvitter”, "Youtube” və "Myvideo” sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.

Qaynarinfo-nun kollevtivi olaraq həmkarlarımızı təqdim edir, onlara uğurlar arzulayır!
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR