Katolik Kilsəsi Vaşinqton Baş Yepiskopu Teodor Makkarriki keşişlikdən məhrum edib.
Qaynarinfo xəbər verir ki, din xadimi vəzifədə olduğu dövrdə etiraf üçün gələn şəxsə münasibət təklif edib, həmçinin digər yetkin və azyaşlıları cinsi zorakılığa məruz qoyub. 88 yaşlı Makkarrik barədə bu qərardan sonra o, heç bir dini ayində iştirak edə bilməyəcək.
Qeyd edək ki, Teodor Makkarrik ötən il kardinal statusundan məhrum edilmişdi.
Gülşən
Şərhlər