Xəbər lenti

Bağdadda internetin kəsilməsi ölkəyə nə qədər ziyan vurub?
Texnologiya 18:29 18.07.2018

Bağdadda internetin kəsilməsi ölkəyə nə qədər ziyan vurub?

İraqda xidmət sahəsindəki problemlər, elektrik kəsintisinə görə başlayan etiraz aksiyaları Bağdada da çatmış, paytaxtda internet 4 gün müddətinə kəsilmişdi.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölən və yaralananların olduğu etiraz aksiyalarının qarşısını almaq üçün atılan addım ölkəyə günlük 40 milyon dollara başa gəlib. Qadağa bank sektoru, hava yolu şirkətləri, GSM firmalarına da zərər verib. 

Hökümət, internetdən əvvəl sosial mediaları da qadağan edib. Çox sayda insan saytlara girmək üçün VPN kimi proqramlar alıb. 

Baş nazir Heydər Əl İbadinin başçılığı ilə qəbul edilən qərar ölkə əhalisi tərəfindən etirazla qarşılanıb. Yazıçı Əhməd Sədavi addımı insanları təbii hüquqlarından, informasiya əldə etmək haqqından məhrum etmə kimi qiymətləndirib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->