Xəbər lenti

Ekonomiks 16:52 06.07.2018

"Bakcell" Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib (R)

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mobil operatoru "Etisalat”la Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən "KarabakhTelecom” arasında rouminq razılaşmasının ləğvindən məmnunluğunu ifadə edir.

Özünün uzunmüddətli rouminq partnyoru olan "Etisalat” şirkətinin "KarabakhTelecom”la əməkdaşlığa başlaması ilk günlərdən "Bakcell" şirkətini narahat edib. Bununla bağlı Şirkət rəhbərliyi tərəfindən dəfələrlə "Etisalat”a rəsmi məktubla müraciət edilib. Məktublarda qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu fakt beynəlxalq səviyyədə tanınır. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən "KarabakhTelecom” şirkəti ilə əməkdaşlıq "Etisalat” şirkətinin beynəlxalq nüfuzuna böyük zərbədir və bu əməkdaşlıqdan əldə olunan gəlirlər qeyri-qanuni rejimin fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur.

"Etisalat” mobil operatoru isə, öz növbəsində, "KarabakhTelecom”la əməkdaşlığını məhz "KarabakhTelecom”un Ermənistanda rəsmi qeydiyyatının olması ilə əsaslandırırdı. Lakin "Bakcell” qəti mövqe ortaya qoyaraq bildirib ki, "Etisalat” və "KarabakhTelecom”un əməkdaşlığının davam etməsi "Bakcell” ilə "Etisalat” arasındakı biznes münasibətlərinin birtərəfli şəkildə dayandırlması ilə nəticələnəcək.

"Bakcell" şirkəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu istiqamətdə atdığı addımları yüksək dəyərləndirir və problemin həllində göstərdiyi səylərə görə dərin təşəkkürünü bildirir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->