Xəbər lenti

Bakı aeroportunun yeni terminalı belə olacaq - FOTOLAR
Ekonomiks 17:32 03.04.2014

Bakı aeroportunun yeni terminalı belə olacaq - FOTOLAR

Heydər Əliyev Beynəlxalq hava limanının yeni terminalı ildə 3 milyon sərnişinə xidmət göstərəcək

Aprelin 15-də Bakı hava limanının yeni beynəlxalq terminalının açılışı olacaq. 2010-cu ildə əsası qoyulan layihənin tikintisini "Arup" şirkəti həyata keçirir. Şirkətin rəsmi saytında verilən məlumata görə, layihəyə mövcud fasadın demontajını, izolyasiyanın əlavə edilməsini və aeroport binasının yeni fasadının dizaynının yaradılmasını daxildir. 

Terminalın "Boeing 767" təyyarələri üçün yararlı olan 8 teleskopik zolağı olacaq. Layihənin estetik görünüşü və konik fasada malik olması sərnişinlərin rahatlığı və uçuşöncəsi stresin azaldılması üçün nəzərdə tutulub. Heydər Əliyev Beynəlxalq hava limanının yeni terminalı ildə 3 milyon sərnişinə xidmət göstərəcək. 

Terminalın ərazisi 53 min kv.m. təşkil edir, burada mağaza və gözləmə zallarının yerləşdirilməsi nəzərdə tutulub./anspress


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->