Xəbər lenti

Ekonomiks 22:14 17.02.2014

Bakı bazarında erməni kartofu



Hər həftənin şənbə və bazar günləri Bakının müxtəlif rayonlarında kənd təsərrüfatı mallarının yarmarkası keçirilir.

Qaynar.info
musavat.com-a istinadən xəbər verir ki, dünən Xətai rayonu, Məzahir Rüstəmov küçəsində təşkil olunmuş yarmarkada alıcılar kartofun qiymətinin bahalığından şikayətlənib.

Şikayətlərə etiraz edən satıcılar ucuz, Ermənistandan gətirilmiş kartofları təklif ediblər. Alıcıların sözlərinə görə, Ermənistandan gətirildiyi iddia edilən kartoflar standart ölçülü və sarı rəngdə olub. Eyni zamanda yerli kartofdan 2 dəfə ucuz olub.

Qeyd edək ki, istehlak bazarında yerli kartofun qiyməti 1.20 qəpik, Türkiyə kartofunun qiyməti 1 manat, Ermənistandan gətirildiyi iddia edilən kartofun qiyməti isə 60 qəpikdir.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?