Bakı-Qazax yolunun Nəvai ərazisindən keçən hissəsində hərəkət bərpa olunub.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd edilib ki, Bakı-Qazax yolunun Nəvai ərazisindən keçən hissəsində - paytaxt Bakı istiqamətindəki ərazidə yağan güclü yağışlardan sonra çalalar əmələ gəlmişdi:
"Mövcud vəziyyətin aradan qaldırılması üçün əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb edilib. Yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb və qısa müddət ərzində ərazidə işlər tamamlanaraq təhlükəsiz hərəkət təmin olunub".
15.25
Bakı-Ələt-Astara magistral avtomobil yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində yol örtüyü yararsız hala düşüb. Sosial şəbəkələrdə yolun vəziyyətini göstərən görüntülər paylaşılıb.
Mövzu ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə yağan güclü yağışlardan sonra çalalar əmələ gəlib.
Məlumata görə, mövcud vəziyyətin aradan qaldırılması üçün əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb olunub. Hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Ərazidəki işlərin qısa müddət ərzində tamamlanacağı bildirilib.
Şərhlər