Xəbər lenti

Bakı Gəncəyə 150-160 km/saatla hərəkət edən qatar işləyəcək
Ekonomiks 11:22 12.10.2018

Bakı Gəncəyə 150-160 km/saatla hərəkət edən qatar işləyəcək

"Bu ilin sonuna qədər işə düşməsi gözlənilən Bakı-Gəncə sürət qatarı həm adi, həm də VIP otaqlara malik vaqonlardan ibarət olacaq”.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Bu marşrut üçün nəzərdə tutulmuş ikimərtəbəli qatarlar artıq Bakıdadır. Həmin qatarlarda sərnişinlərə həm adi, həm də xüsusi xidmət göstərilməsi üçün vaqonlar var. Hər vaqonun özünün ayrıca sanuzeri, xüsusi soyuducusu var. İçindəki su sərnişinlər üçün nəzərdə tutulur. Vaqonların başında kiçik mətbəxlər yerləşdiriləcək. Mətbəxlərdə yüngül yeməklərin verilməsini təmin edəcəyik. Vaqonlarda "Wi-Fi” quraşdırılacaq”, - o qeyd edib.

C.Qurbanov həmçinin deyib ki, Bakı-Gəncə qatarının sürəti tədricən 150 km/saata çatdırılacaq: "Biz 159 km/saat sürətini sınaqdan keçirmişik. Gətirilmiş qatarların sürət yığma qabiliyyəti isə 300 km/saata qədərdir. Ancaq bugünkü imkanı 150-160 km/saata qədərdir. Hələlik dəmir yollarının kənarı tam bağlanmayıb. Bütün ölkə üzrə təhlükəsiz keçidlər təmin edilməyib. Sözügedən problemlər həll olunduqdan sonra biz sürəti qaldırmağa çalışacağıq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->