Bakı Karate-do Akademiyasının rəhbəri Nağıyev Namiq Arakel oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb borcun ödənilməməsi olub.
Məlum olub ki, Namiq Nağyev 2024-cü ildən heç bir üzürlü səbəb göstərmədən məhkəmə qərarının icrasından yayınıb. Görülmüş icra tədbirləri nəticəsində məlum olub ki, borclu xarici ölkələrə gedib-gəlir.
Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılması ilə bağlı məhkəməyə müraciət edilib.
Məhkəmənin hökmü ilə 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş Namiq Ağayevin ölkədən getmək hüququ icra sənədi üzrə yaranmış borc ödənilənədək məhdudlaşdırılıb.
Qeyd edək ki, iddiaya əsasən, Namiq Nağıyevdən 8908 manat tutularaq tələbkar Məmmədov Valeh Qulu oğluna ödənilməlidir.
Aydın
Şərhlər