Azərbaycan əsilli biznesmen, "Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərov dünyanın ən varlı insanları siyahısında 105-ci yerdə qərarlaşıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi" fevral ayı üçün reytinq açıqlayıb.
Məlumata görə, Vahid Ələkbərovun sərvəti illik müqayisədə 2,27 milyard dollar, bu ilin əvvəlindən bəri isə 210 milyon dollar artıb. Beləliklə, onun sərvəti 24,9 milyard dollar olaraq qiymətləndirilib.
Şərhlər