Xəbər lenti

"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait aldı
İdman22:35 24.02.2026

"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" futbol klubu UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib.
Qaynarinfo xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov özünün "X"dəki hesabında yazıb.
"UEFA həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klublarımızın hər biri təxminən 1.6 milyon manat əlavə vəsait qazanacaq" , o qeyd edib.
Fərid Qayıbovun sözlərinə görə, "Qarabağ" ölkəmizdə real potensialı olan idman iqtisadiyyatına mühüm töhfə verib.