Video 22:23 28.07.2021

Bakı küləyi "Olimpiakos"un oyunçusuna çətin anlar yaşatdı (VİDEO)

"Neftçi" və Yunanıstan "Olimpiakos"u arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə qeyri-adi hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, 23-cü dəqiqədə qonaq komandanın futbolçusu Matyö Valbuena künc zərbəsini yerinə yetirmək istərkən çətin anlar yaşayıb. 37 yaşlı yarımmüdafiəçi topa yaxınlaşdığı vaxt güclü külək künc bayrağını silkələyərək, ona mane olub

Qeyd edək ki, "Bakcell Arena"da keçirilən görüşdə hazırda "Olimpiakos" öndədir - 1:0.